CƏMİYYƏT
Naxçıvan şəhərinə leysan yağıb
14.05.2024 [14:22]
Muxtar respublika ərazisində yağıntılı hava şəraiti hökm sürür. Naxçıvan şəhərinə və ətraf rayonlara leysan yağıb, şimşək çaxıb, dolu düşüb.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, intensiv yağışlar səbəbindən Naxçıvan şəhərində fərdi yaşayış evlərini su basıb. Bununla əlaqədar nazirliyin qüvvələri ərazilərə cəlb olunub, suyun çəkilərək kənarlaşdırılması təmin edilir.