Köndələnçay su anbarları hesabına 6 min hektardan çox sahənin suvarılması yaxşılaşacaq
14.05.2024 [16:07]
Xəbərin mətni
Köndələnçay su anbarları kompleksinin təmir bərpadan sonra istifadəyə verilməsi hesabına 6 min hektardan çox torpaq sahəsinin suvarılması yaxşılaşacaq. Bu sahələrin 5 min hektarı işğaldan azad olunan ərazilərdə olan torpaqlardır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Köndələnçay su anbarları eyniadlı çay üzərində yerləşir. Mənbəyini Kiçik Qafqazın 1780 metr hündürlüyü olan Çaxmaq adlı yüksəkliyindən götürən Köndələnçay çayı Füzuli rayonu ərazisində Araz çayına qovuşur.