CƏMİYYƏT


Fərhad Bədəlbəyli: Prezidentin Böyük Qayıdışla bağlı siyasətinin dünyada bənzəri yoxdur

Şuşa doğrudan da möcüzədir. Prezident deyəndə ki, əziz Şuşa, sən azadsan... Ağladıq, uşaq kimi ağladıq. Mən orada keçirilən festivalda öz əsərimi ifa edəndə baxdım ki, bir qartal uçur... Bu bilirsiniz, möcüzədir. Heç bir konsert zalında bu mümkün deyil. Amma Şuşada bu baş verdi.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi mətbuat xidməti departamentindən AZƏRTAC-a bildirilib ki, bu sözləri Azərbaycanın Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli deyib.