CƏMİYYƏT


Qəbələnin kəndlərinə yağan yağışlar sakinlərin evlərinə və şəxsi təsərrüfatlarına ziyan vurub

Ölkə ərazisində hökm sürən qeyri sabit hava şəraiti yağıntıların artması ilə özünü büruzə verir. Qəbələnin Həzrə və Bunut kəndlərinə yağan leysan yağışları sakinlərin evlərinə və şəxsi təsərrüfatlarına ziyan vurub. Sakinlərin sözlərinə görə evdən bayıra çıxmaq mümkün olmayıb. Sel-suları evlərin zirzəmisinə, tövlələrə  dolub. Təsərrüfatı məhv edib. Kənd ərazisində bəzi həyətlərin Hasarları uçurub. Kənd bələdiyyəsinin sədri Eldəniz İsayev bildirib ki, gecə bir neçə dəfə güclü leysan müşayət olunub və nəticədə fərdi təsərrüfatlara ziyan dəyib. Dərhal rayon fövqəladə hallar komissiyasının üzvləri hadisə yerinə cəlb edilib. İlk növbədə sel-suların daha çox keçdiyi yerlər maşın və texnikaların vasitəsi ilə qarşısı alınıb. Hazırda rayonun müvafiq idarələrinin texnikaları fəsadların aradan qaldırılmasına cəlb edilib. Yağışlar kəsəndən sonra fərdi təsərrüfatların da təmizliyinə başlanılacaq.