Nəşi tapılan şəhid Yusif Ağayev dəfn edilib
15.05.2024 [16:03]
Xəbərin mətni
Bu yaxınlarda nəşinin qalıqları tapılan şəhidlərdən biri də Yusif Balasəf oğlu Ağayevdir.
AZƏRTAC xəbər verir ki, mayın 15-də şəhidlə vida mərasimi keçirildikdən sonra nəşi Bakının Yasamal rayonunda yerləşən İkinci Şəhidlər xiyabanına gətirilib.
Dəfn mərasimində şəhər sakinləri, şəhidin ailə üzvləri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.