Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Bakıda qadına qarşı əxlaqsız hərəkətlər edən şəxs həbs olunub

15.05.2024 [19:17]

Xəbərin mətni

Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində bir qadına zor tətbiq etməklə əxlaqsız hərəkətlərin törədildiyi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayon polis idarəsinin 32-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində həmin əməli törədən 1992-ci il təvəllüdlü Xəyal Ağayev saxlanılıb.