Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

Slovakiyanın Baş naziri güllə yarası alıb

15.05.2024 [19:42]

Xəbərin mətni

Slovakiyanın Baş naziri Robert Fitso atışma nəticəsində güllə yarası alıb və xəstəxanaya aparılıb.
AZƏRTAC Slovakiya mediasına istinadla xəbər verir ki, hadisə paytaxtdan 150 kilometr şimal-şərqdə yerləşən Handlova şəhərində baş verib. Hadisə yerində olan şahidlər bir neçə atəş səsindən sonra yaralanan Baş nazirin mühafizəçiləri tərəfindən yerdən qaldırılaraq maşına mindirildiyini görüb.