Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda mağazada baş verən yanğın söndürülüb

16.05.2024 [01:03]

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada baş vermiş yanğın ətraf ərazilərə yayılmasına imkan verilmədən tam söndürülüb.
FHN-dən AZƏRTAC-a bildirilib ki, həyata keçirilmiş tədbirlər sayəsində yanğının əraziyə bitişik yerləşən evlərə, o cümlədən çoxmərtəbəli yaşayış binasına, habelə geniş sahəyə yayılaraq digər obyektlərə keçməsinə imkan verilməyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI