Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kürdəmirdə narkotik satışı ilə məşğul olan şəxs saxlanılıb

16.05.2024 [11:22]

Xəbərin mətni

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən, əvvəllər məhkum olunmuş Samir İsmayılov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, ondan satış məqsədilə qablaşdırılmış külli miqdarda metamfetamin, heroin və marixuana aşkar edilərək götürülüb.