CƏMİYYƏT
Göygöl və Gədəbəydə qanunsuz tikililər sökülüb
16.05.2024 [12:07]
Xəbərin mətni
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirir.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, həmin çərçivədə, Göygöl rayonunun Qızılqaya qəsəbəsi və Gədəbəy şəhəri ərazisində vətəndaşların qanunsuz tikinti işlərini aparması faktları aşkarlanıb.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən müvafiq olaraq Göygöl və Gədəbəy Rayon İcra hakimiyyətləri nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikililər sökülüb.