CƏMİYYƏT


Zaqatalada selin fəsadları aradan qaldırılır, təhlükə hələ də sovuşmayıb

Gecə saatlarında Zaqatalaya yağan leysan yağışları rayonunun kəndlərində yol infrastrukturuna və fərdi təsərrüfatlara ziyan vurub.
AZƏRTAC xəbər verir ki, Yevlax-Zaqatala-Gürcüstan magistralının rayon ərazisindən keçən hissəsində Muxaxçayın daşması nəticəsində sel suları yola ziyan vurub. Hadisə yerinə rayonun müvafiq təşkilatlarının maşın və texnikası, eləcə də işçi qüvvəsi cəlb edilib.