Azərbaycan Dövlət İnformasiya Agentliyi

FHN: İntensiv yağışlar səbəbindən Kürdəmir və Saatlıda bəzi ərazilər subasmaya məruz qalıb

17.05.2024 [20:11]

Xəbərin mətni

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Kürdəmir və Saatlı şəhərlərində bəzi ərazilərin subasmaya məruz qalması ilə bağlı məlumatlar daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bununla əlaqədar ərazilərə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.