CƏMİYYƏT
Saatlıda minik avtomobili su kanalına düşüb
17.05.2024 [21:49]
Xəbərin mətni
Saatlıda yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə saat 18 radələrində Sarıcalar kənd avtomobil yolunda qeydiyyat alınıb. Rəsul Abbasovun idarə etdiyi “Hyundai” markalı minik avtomobili işıq dirəyinə çırpılıb. Avtomobil daha sonra yoldan çıxaraq su kanalına düşüb. Hadisə zamanı xəsarət alan olmasa da, nəqliyyat vasitəsi yararsız hala düşüb.