Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yerli düyüyə tələbat artdıqca, əkin sahələri də genişlənir

18.05.2024 [13:06]

Xəbərin mətni

Hər il mayın birinci ongünlüyündən başlayaraq Astarada çəltik əkini aparılır. Bu il havaların əlverişli keçməsi fermerlərə əkini vaxtında başlamağa şərait yaradıb. Ölkə bazarlarında yerli düyüyə tələbat yüksək olduğundan astaralı fermerlər bu sahəyə daha çox üstünlük verirlər. Fermer Mehman Quliyev bildirir ki, ekoloji cəhətdən təmiz və keyfiyyətli olduğu üçün bazarda Astara düyüsünə tələbat çoxdur. Tələbatın artması isə yerli düyünün dadının və qoxusunun fərqli olmasındadır. Yerli düyüyə tələbat artdıqca fermerlər əkin sahələrini ildən-ilə genişləndirirlər.