Stokholmda Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş tədbir keçirilib
20.05.2024 [12:03]
Xəbərin mətni
İsveçin paytaxtı Stokholmda Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyinə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, “SAF” İsveç-Azərbaycan Birliyinin təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən tədbirdə İsveçin müxtəlif şəhərlərindən gələn 100-dən çox qonaq iştirak edib. Tədbirdə Azərbaycanın İsveçdəki səfirliyin və Dövlət Komitəsinin əməkdaşları ilə birlikdə xarici qonaqlar və diaspor nümayəndələri iştirak ediblər.