Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Ağsu dolaylarındakı sürüşmə zonasına ağır texnika və canlı qüvvə cəlb olunub

20.05.2024 [17:26]

Xəbərin mətni

Ötən gün Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu dolaylarından keçən hissəsində sürüşmənin baş verdiyi əraziyə ağır texnika və canlı qüvvə cəlb edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda sürüşmənin qeydə alındığı yolun 147-ci kilometrliyində çökən asfalt qatı və çiyin hissəsindəki torpaq qazılaraq ərazidən kənarlaşdırılır. Paralel olaraq xüsusi material, daş-çınqıl gətirilir. Günün ikinci yarısında yolda asfaltlanma işlərinin aparılması planlaşdırılır.