Culian Assanjın həyat yoldaşı ABŞ-a müraciət edib: Jurnalistikaya qarşı biabırçı hücumdan əl çəkin
20.05.2024 [18:07]
Xəbərin mətni
“Bayden administrasiyası Culian Assanja qarşı olan iddiasına son verməlidir”.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Wikileaks” portalının təsisçisi Culian Assanjın həyat yoldaşı Stella Assanj London Ali Məhkəməsinin önündə jurnalistlərə açıqlamasında deyib. Stella Assanj hakimlərin Culian Assanja ABŞ-a ekstradisiyasına etiraz etmək hüququ verməsinin çox düzgün qərar olduğunu bildirib.