CƏMİYYƏT
Zəngilanda şəhərdaxili yolların ümumi uzunluğu 31 kilometr olacaq
20.05.2024 [19:02]
Xəbərin mətni
Uzun illər düşmən tapdağı altında qalan Zəngilan şəhəri erməni vandalizmi nəticəsində dağıdılaraq yerlə-yeksan edilib. Bir vaxtlar abad küçələri ilə seçilən şəhər mərkəzindən geriyə yalnız dağıntılar qalıb. Lakin Zəngilan şəhəri artıq yenidən qurulur və firavan yaşayış yerinə çevriləcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Ordusunun 44 günlük Zəfər yürüşü zamanı azad edilən Zəngilan şəhəri yaxın gələcəkdə öz doğma sakinlərini qarşılayacaq.