Məşhur körpü sökülür
20.05.2024 [19:31]
Bakının Xətai rayonunda yerləşən Cavanşir körpüsünün sökülməsinə başlanılıb, ərazidə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Afiyəddin Cəlilov küçəsindən mərkəzə hərəkət edəcək nəqliyyat vasitələri Fəzail Bayramov küçəsinə yönləndirilməklə hərəkətlərini Sabit Orucov, Nizami küçələri istiqamətində davam etdirə biləcəklər. Buna görə F.Bayramov küçəsində mövcud ikitərəfli hərəkət ləğv edilərək S.Orucov küçəsi istiqamətində birtərəfli hərəkət təşkil ediləcək.