CƏMİYYƏT


Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq işləri

Qarabağda və Şərqi Zəngəzurda infrastruktur kompleks şəkildə yenidən qurulur. Vətən müharibəsindən sonra başlanan yenidənqurma işləri bu gün geniş formada həyata keçirilir, meqalayihələr reallaşdırılır. “Günün mövzusu”nda Qarabağda və Şərqi Zəngəzurda görülən işlərdən və onların əhəmiyyətindən danışdıq. Mövzunu studiyamızın qonağı siyasi şərhçi Əziz Əlibəyli ilə müzakirə etdik.