Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Hindistan vətəndaşlarını ABŞ-a aparmaq adı ilə aldadan pakistanlı saxlanılıb

21.05.2024 [15:20]

Xəbərin mətni

Bakı şəhərində polis əməkdaşlarının həyata keçirdikləri növbəti tədbir nəticəsində ölkəmizə gəlmiş üç Hindistan vətəndaşına qarşı dələduzluq etməkdə şübhəli bilinən Pakistan vətəndaşı 1993-cü il təvəllüdlü Shahid Kamran Ali saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, o, guya zərərçəkənlərə ABŞ-a getməkdə kömək edəcəyi vədini verərək onların maddi vəsaitini ələ keçirib.