Nəşi 30 ildən sonra tapılan şəhid Arif İmaməliyev dəfn olunub
21.05.2024 [16:31]
Xəbərin mətni
Bu yaxınlarda nəşinin qalıqları tapılan şəhidlərdən biri də Arif Ələkbər oğlu İmaməliyevdir.
AZƏRTAC xəbər verir ki, mayın 21-də şəhidlə vida mərasimi keçirildikdən sonra nəşi Bakının Yeni Suraxanı rayonundakı Şəhidlər xiyabanına gətirilib.
Dəfn mərasimində şəhər sakinləri, şəhidin ailə üzvləri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.