DÜNYA
Papua-Yeni Qvineyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 300-ə çatıb
26.05.2024 [15:39]
Xəbərin mətni
Papua-Yeni Qvineyanın Enqa əyalətində torpaq sürüşməsi nəticəsində həlak olanların sayı 300 nəfərə çatıb.
AZƏRTAC “The Guardian” saytına istinadla xəbər verir ki, sürüşmə cümə günü səhər saatlarında əyalətin paytaxtı Vabaqdan təxminən iki saatlıq məsafədə yerləşən Yambali kəndini də əhatə edib. Hadisə nəticəsində 1182 ev torpaq altında qalıb. Paytaxtdan Yambaliyə gedən yolun bağlanması yardım işlərinə mane olur.