CƏMİYYƏT
İstanbulda körpülər Müstəqillik Günü münasibətilə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
29.05.2024 [01:04]
İstanbulun rəmzlərindən hesab edilən “15 İyul Şəhidləri”, “Fatih Sultan Mehmet” və “Yavuz Sultan Səlim” körpüləri 28 May-Müstəqillik Günü münasibətilə dövlət bayrağımızın rəngləri ilə işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, körpülərin işıqlandırılması Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşəbbüsü, Türkiyənin dövlət qurumlarının dəstəyi ilə baş tutub.
Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu işıqlandırma ilə bağlı sosial media hesabında etdiyi paylaşımda Azərbaycan bayrağının rənglərinə bürünən İstanbulun bu gəcə daha da gözəl göründüyünü bildirib.
Nazir paylaşımında “Fatih Sultan Mehmet”, “15 İyul Şəhidləri” və “Yavuz Sultan Səlim” körpüləri Can Azərbaycanın rənglərinə büründü. Azərbaycanın Müstəqillik Günü mübarək olsun”- deyə bildirib.