DÜNYA
Çin astronavtları açıq kosmosda tapşırıq icra ediblər
29.05.2024 [12:17]
Çinin “Şencou-18” missiyasının astronavtları kosmik ezamiyyətlərinin ilk açıq kosmos tapşırığını icra ediblər. Astronavtlar Yı Quanfu və Li Çon təxminən 8,5 saatlıq kosmos gəzintisi zamanı stansiyanın kosmik qalıqlardan qorunma cihazlarının quraşdırılması, açıq kosmos fəaliyyəti üçün avadanlıq və qurğuların yoxlanılması kimi tapşırıqları yerinə yetiriblər.
Qeyd edək ki, “Şencou-18” missiyasının astronavtları aprelin 26-da orbitə göndərilib. Onlar təxminən 6 ay kosmosda qalacaqlar.