Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xocalı şəhərinə növbəti köç karvanı yola salınıb

29.05.2024 [12:38]

Xəbərin mətni

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Xocalı şəhərinə növbəti köç karvanı yola salınıb.
AZƏRTAC xəbər verir ki, ölkənin müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı mayın 29-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Xocalı şəhərinə 24 ailə 88 nəfər köçürülüb.