Bakıda 43 kanalizasiya quyusunun dəmir barmaqlıqları oğurlanıb
29.05.2024 [13:01]
Xəbərin mətni
Paytaxtın Səbail rayonu ərazisində Bulvar İdarəsinə məxsus 43 kanalizasiya quyusunun dəmir barmaqlıqlarının oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, rayon polis idarəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətmiş 1985-ci il təvəllüdlü Əfqan Əhmədov saxlanılıb. Ondan oğurladığı dəmir barmaqlıqların bir hissəsi aşkarlanaraq götürülüb.