Azərbaycan Dövlət İnformasiya Agentliyi

Salyan və Neftçala rayonlarında Kür çayı daşa bilərmi?

29.05.2024 [13:13]

Xəbərin mətni

Son günlər yağan intensiv yağışlar Azərbaycanın ən böyük çayı olan Kür çayının Salyan və Neftçala rayonlarının ərazisindən keçən hissəsində suyun səviyyəsini artırıb. Lakin çayda hər hansı narahatçılığa səbəb olacaq sel və daşqın ehtimalı yoxdur.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Meliorasiya və Su Təsərrüfatı ASC-nin Neftçala Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Pənah Mehnətov bildirib.