Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Kür çayındakı Avtomat Hidrometeoroloji Məntəqədən REPORTAJ

29.05.2024 [13:48]

Xəbərin mətni

Kür çayının Ağstafa rayonu ərazisindəki Qıraqkəsəmən Avtomat Hidroloji Məntəqəsində hidroloqlar gücləndirilmiş iş rejimində çalışırlar.
AZƏRTAC xəbər verir ki, qonşu ölkələrin ərazisinə yağan intensiv yağış nəticəsində mayın 26-da Debed və Kür çayında suyun səviyyəsində kəskin artım qeydə alınıb. Qərb rayonlarından - Qazax, Ağstafa və Tovuzda daşqın fəsadlara yol açıb.