İmişlidə yol qəzası zamanı motosikletçi ölüb
29.05.2024 [14:15]
Xəbərin mətni
İmişlidə yol qəzası baş verib. Minik maşını ilə motosikletin toqquşması nəticəsində bir nəfər ölüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə saat 9 radələrində İmişli şəhəri Pənah Həsənov və Qara Qarayev küçələrinin kəsişməsində qeydə alınıb. “Opel” markalı minik maşını ilə motosiklet toqquşub. Qəza zamanı motosikletin sürücüsü Samir Məmmədov hadisə yerində ölüb.