Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ

Prezident İlham Əliyev “CVC Capital Partners” şirkətinin həmtəsisçisi və sədrini qəbul edib

29.05.2024 [15:11]

Xəbərin mətni

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da alternativ investisiyaların idarə edilməsi üzrə Avropanın ən böyük və nüfuzlu investisiya şirkətlərindən biri olan “CVC Capital Partners” şirkətinin həmtəsisçisi və sədri Rolli Van Rappardı qəbul edib.
AZƏRTAC xəbər verir ki, ölkəmizdə davamlı inkişaf proseslərinin getdiyini vurğulayan Rolli Van Rappard Azərbaycanın bir çox sahədə əldə etdiyi nailiyyətlərin çox təqdirəlayiq olduğunu bildirdi. Qonaq “CVC Capital Partners” şirkətinin Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə uğurlu əməkdaşlıq etməsindən böyük məmnunluq hissi duyduğunu deyərək, gələcəkdə əməkdaşlığın daha da möhkəmlənəcəyinə inamını ifadə etdi.