Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xocalıda 24 ailəyə evlərinin açarları təqdim olunub

29.05.2024 [16:05]

Xəbərin mətni

Xocalı şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün növbəti köç karvanı ilə Xocalıya çatan ailələrə yeni evlərinin açarları təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 24 ailə olmaqla, 88 nəfər Xocalı sakini doğma yurduna qovuşub.