Məktəblilərin gözü qarşısında heyvan kəsənlər - REYD
29.05.2024 [19:25]
Qan ləkəsi, qaralmış ət. Bir sözlə antisanitar vəziyyətə şahidlik edirik. Obyektdə ət kəsiminin aparıldığına dair sübutlar olsa da, sahibkar bunu inkar edir. Onun sözlərinə görə, ət kəsimi xüsusi məntəqlərdə aparılır. Məktəbə getmək üçün hər gün həmin ərazidən keçən şagirdlər obyektdə heyvan kəsiminin aparıldığını deyirlər. Yoxlamalar nəticəsində dönərxananın fəaliyyəti dayandırıldı. Agentlik isə bir daha sahibkarları qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır. Çünki burada söhbət insan sağlamlığından gedir.