CƏMİYYƏT
Şuşa şəhərində daha 15 ailəyə mənzillərinin açarları təqdim olunub
30.05.2024 [16:15]
Xəbərin mətni
Şuşa şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Mayın 30-da növbəti köç karvanı ilə Şuşaya çatan ailələrə yeni mənzillərinin açarları təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şuşa şəhəri bu gün 15 ailəyə qucaq açıb və daha 57 şuşalının yurd həsrəti bitib.