Azərbaycan Dövlət İnformasiya Agentliyi

Toxum qumla qarışdırılaraq səpilir, hektara 1 ton məhsul verir - Küncüt sahəsindən REPORTAJ

30.05.2024 [17:24]

Xəbərin mətni

Saatlıda əsasən təkrar əkin sayılan küncüt səpininə başlanılıb. Sözügedən rayonda bu bitki daha çox Əhmədbəyli kəndində əkilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, uzun illərdir küncüt əkən fermerlərdən biri də kənd sakini Şahmurad İmanovdur. Deyir ki, küncüt zəhmət tələb edən bitki olsa da, qazancı yaxşıdır. Ötən il 4 hektar küncüt əkən təsərrüfatçı bu il sahəni 8 hektara qədər genişləndirib.