Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının sertifikatına layıq görülüb

30.05.2024 [18:00]

Xəbərin mətni

Parisdə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) Nümayəndələri Assambleyasının 91-ci Ali Baş Sessiyasında ÜHST heyvan xəstəlikləri üzrə elmi komissiyasının tövsiyəsi ilə Azərbaycan ÜHST tərəfindən xırdabuynuzlu heyvanlar arasında taun xəstəliyindən (Peste des petits ruminants-PPR) azad ölkə kimi tanınması ilə bağlı sertifikat alıb.