CƏMİYYƏT
Sumqayıtda yol hərəkəti qaydalarını pozan velosipedçilər və avtomobili narkotiklərin təsiri altında idarə edən sürücü aşkarlanıb
30.05.2024 [18:52]
Xəbərin mətni
Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti profilaktik tədbir zamanı yol hərəkəti qaydalarını pozan velosipedçilər müəyyən edilib. Onlara şəxsi və digər insanların təhlükəsizliyi üçün yol hərəkəti qaydalarına riayət etmələri tövsiyə olunub. Yol hərəkəti qaydaları pozan 10 velosipedçi barəsində tədbir görülüb.