Polineziya nümayəndə heyətinin rəhbəri: Azərbaycanın dəstəyinə ehtiyacımız var
30.05.2024 [19:28]
Xəbərin mətni
Hüquqi prosesin sonuna çatmışıq və Azərbaycanın dəstəyinə ehtiyacımız var. Biz inanırıq ki, müstəqil Azərbaycan bizim haqq səsimizi dünyaya çatdıracaq. Çünki siz bizim nə yaşadığımızı yaxşı anlayırsınız.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanda səfərdə olan Fransa Polineziyasının nümayəndə heyətinin rəhbəri, Tavini Huiraatira Partiyasının Baş katibi Viktor Maamaatuaiahutaru “Fransız Polineziyasının dekolonizasiya hüququ - çağırışlar və perspektivlər” mövzusunda Bakıda keçirilən konfransda səsləndirib.