Azərbaycan Dövlət İnformasiya Agentliyi

Marania Vaianui: Fransa BMT-nin qətnamələrinə riayət etmir

30.05.2024 [20:04]

Xəbərin mətni

Fransız Polineziyasının inkişaf üçün iqtisadi imkanları böyükdür. Biz müstəmləkədən azad olmalıyıq. Bu, birmənalıdır. Ölkəmə dəstəyinə görə Azərbaycana təşəkkür edirəm.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Fransız Polineziyasının nümayəndə heyətinin üzvü, Tavini Huiraatira Partiyası sədr müavinin xarici əlaqələr üzrə müşaviri Marania Vaianui “Fransız Polineziyasının dekolonizasiya hüququ - çağırışlar və perspektivlər” mövzusunda mayın 30-da Bakıda keçirilən konfransda səsləndirib.