Fransız Polineziyası nümayəndə heyətinin iştirakı ilə Milli Məclisdə mətbuat konfransı keçirilib
31.05.2024 [01:30]
Xəbərin mətni
Mayın 30-da Milli Məclisdə Fransız Polineziyası (Maohi Nui) nümayəndə heyətinin ölkəmizə səfərinə həsr olunmuş mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, Maohi Nui nümayəndə heyətinin rəhbəri, Tavini Huiraatira Partiyasının baş katibi Viktor Mamatuaiahutapu yüksək qonaqpərvərliyə görə Azərbaycan xalqına və hökumətinə təşəkkürünü bildirib, keçirilən görüşlər və tədbirlər barədə təəssüratlarını bölüşüb.
Viktor Mamatuaiahutapu və Fransız Polineziyası Assambleyasının Büdcə və maliyyəyə nəzarət komissiyasının sədri Morea Mamatuaiahutapu jurnalistlərin suallarını cavablandırıblar.