CƏMİYYƏT
Xaçmazda saxlanılan 2 nəfərdən heroin və psixotrop maddə götürülüb
31.05.2024 [11:32]
Xəbərin mətni
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar zamanı rayon sakinləri Əziz Mahmudov və Elxan Şahgəldiyev saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, onlardan heroin və psixotrop maddə metamfetamin aşkarlanıb.