CƏMİYYƏT


Elçin Əmirbəyov: İnanırıq ki, beynəlxalq ictimaiyyət minatəmizləmə yükünün bölüşdürülməsinə kömək edəcək

“Biz Ermənistanla sülh anlaşmasına yaxınıq. Ən əsas odur ki, Azərbaycanın suverenliyi tam bərpa olunub. Ermənistanla delimitasiya işlərində irəliləyişlər var. Lakin məcburi köçkünlərin öz yurdlarına qaytarılması, yenidənqurma işləri mina səbəbindən ləngiyir. Azərbaycan minalarla çirklənməyə görə dünyada ilk beşlikdədir. 2020-ci ildə 44 günlük müharibə bitdikdən sonra Azərbaycanın 361 vətəndaşı mina qurbanı olub. Təəssüf ki, bu rəqəm hər həftə artır. Düzgün xəritələrin verilməməsi problemi daha da dərinləşdirir”.