Azərbaycan Dövlət İnformasiya Agentliyi

Daxili işlər naziri Yardımlı rayonunda vətəndaş qəbulu və sıra baxışı keçirib

31.05.2024 [15:29]

Xəbərin mətni

Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov mayın 30-da və 31-də Yardımlı Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazir əvvəlcə rayondakı Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla anıb.