SİYASƏT
Rumıniyada Azərbaycanın Müstəqillik Günü qeyd edilib
31.05.2024 [15:38]
Xəbərin mətni
Azərbaycanın Rumıniyadakı səfirliyinin təşkilatçılığı ilə paytaxt Buxarestdə 28 May - Müstəqillik Gününə həsr olunmuş 500 nəfərlik təntənəli tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirin əvvəlində Azərbaycan və Rumıniyanın Dövlət himnləri səsləndirilib.
Daha sonra ölkəmizin Rumıniyadakı səfiri Qüdsi Osmanov 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən söz açıb, XX əsrin sonunda xalqımızın müstəqilliyinə yenidən qovuşandan sonra ağır illərini xatırladıb və çətin siyasi-iqtisadi dövrdə xalqın çağırışı ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin dövlətçiliyimizin qorunmasında misilsiz xidmətlərindən danışıb.