Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Metro tunelləri belə havalandırılır - Yerin altından REPORTAJ

31.05.2024 [17:39]

Bura "Neftçilər" metrostansiyasıdır. Metronun yay rejiminin keçid prosesini göstərmək üçün yerin altına düşəcəyik. Təhlükəsizlik tədbirləri aldıqdan sonra tunellərin havalandırma və ventilyatorunun olduğu hissəyə çatdıq.
Yay qrafikinə uyğun olaraq, günün isti və qızmar saatlarında ventilyatorlar sovurma istiqamətində çalışdırılır, isti və çirklənmiş hava kütləsini tunellərdən xaric edir. Səhər erkən və axşam saatlarında isə əksinə, ventilyatorların işi hava kütləsinin stansiya və tunellərə axını istiqamətində təmin edilir.