Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın Müstəqillik Günü və Silahlı Qüvvələr Günü Londonda qeyd olunub

31.05.2024 [19:02]

Xəbərin mətni

Azərbaycan Respublikasının Müstəqillik Günü və Silahlı Qüvvələr Günü münasibətilə London şəhərinin ən möhtəşəm tarixi məkanlarından biri olan "Lancaster House"da təntənəli ziyafət keçirilib.
AZƏRTAC xəbər verir ki, 500 nəfərdən çox qonağın qatıldığı tədbir Londonda yaşayan həmyerlimiz istedadlı müğənni Emin Eminzadənin ifasında Azərbaycan və Böyük Britaniyanın Dövlət himnlərinin və Müslüm Maqomayevin "Azərbaycan" kompozisiyasının səsləndirilməsi ilə başlayıb.