Ayaqyalın, boynubükük çıxdıqları Xocalıya başıuca qayıtdılar
31.05.2024 [19:29]
İllərdir soyqırımı ilə andığımız Xocalıda bugün çox fərqli bir mənzərə var. İnsanların sevinci və təlaşı biri-birinə qarışıb. Sanki köç edən hərkəs tez vaxtda evinə yerləşib, Xocalısız keçirdikləri illərin boş qalan xatirələrini doldurmağa çalışır. İnanırlar ki, bununla itirdikləri doğmalarının ruhları da şad olacaq.