Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şamaxıda gənclərlə Qərbi Azərbaycan həqiqətləri mövzusunda görüş keçirilib

31.05.2024 [19:42]

Xəbərin mətni

Qərbi Azərbaycan İcması (QAİ) və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan: Tarixin izi ilə” layihəsi çərçivəsində növbəti məlumatlandırıcı sessiya Şamaxı rayonunda təşkil edilib.
AZƏRTAC xəbər verir ki, “Regional İnkişaf” İctimai Birliyinin nümayəndəsi Orucəli Abbaszadə çıxış sessiyada çıxış edərək, tədbirin mahiyyəti və məqsədi haqqında məlumat verib, Qərbi Azərbaycan həqiqətləri ilə bağlı gənclərin daha geniş məlumatlandırılması və onların proqram əsaslı işinin təşkilindən danışıb.