CƏMİYYƏT


Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ustad dərsi təşkil olunub

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Gənclər və İdman Nazirliyi tərəfindən valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün buz üzərində əyləncəli ustad dərsi təşkil olunub.
Heydər Əliyev adına İdman-Konsert Kompleksinin buz meydançasında keçirilən master-klasda 3 saylı uşaq evindən 6-12 yaş arası uşaqlar iştirak ediblər. Onlar buz üzərində konkisürmə və digər aktiv fəaliyyətlərdə öz bacarıqlarını sınayıblar.