Azərbaycan Dövlət İnformasiya Agentliyi

FHN ildırım təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edib

01.06.2024 [11:08]

Xəbərin mətni

İldırım təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən ildırımın yaratdığı təhlükələr və bundan qorunmağın yolları barədə aparılan kütləvi maarifləndirmə işlərinə, o cümlədən mütəmadi olaraq əhaliyə edilən müraciətlərə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, ötən gün ildırım vurması insan ölümü və xəsarətlə nəticələnib.